Ferrari yeni simulyatorunu 2021-ci ildə işə salacaq

 Formula1-də bu il test günlərinin sayı daha da azalıb, ona görə də simulyatorların əhəmiyyəti çox artıb.

F-1.az bildirir ki, komandalar 2020-ci və 2021-ci illərin maşınları üçün yeni elementlərin hazırlanmasında aktiv şəkildə simulyatorlardan istifadə edirlər. 2021-ci ildə isə büdcə məhdudlaşdırılması ilə bağlı qərar qüvvəyə minəcək. Ona görə də əksər komandalar bu tarixə qədər öz simulyatorlarını yeniləməyə çalışırlar.

McLaren и Haas komandaları yeni simulyatorlarını bu il istifadəyə verəcəklərini açıqlayıblar. 2021-ci ildə büdcə məhdudlaşdırılması ilə bağlı Skuderiya 2020-ci ildə simulyatoru yeniləmək üçün bu sahəyə ciddi investisiya yatırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*