F-1.az xatırladır ki, Markionne daha əvvəl bildirmişdi ki, 2021-ci ildə mühərrik reqlamenti istədikləri kimi olmasa, idmandan ayrılacaqlar. Amma italyanlar keçmişdə də oxşar bəyanatlar verdikləri üçün əksəriyyət bunun blef olduğunu düşünür.
Sercio Markionne: “Bəzi adamlar düşünür ki, 2020-2021-ci ildəki mühərrik reqlamenti ilə bağlı dediklərimiz blefdir. Amma onlar odla oynayırlar. 2015-ci ildən bəri vəziyyət dəyişib. Biz söz deyiriksə, yerinə yetiririk. Hazırkı müqavilə əvvəlkilərdən çox fərqlənir və Liberty dövründə belə çox sərbəstlik təmin edir. Əvvəlki müqavilə komandanın bu sirkdən başqa alternativləri dəyərləndirməsini çətinləşdirirdi. Amma indiki halda Formula1-ə bənzər seriya yarada bilərik. 2020-2021-ci illərdə yeni seriya yaratmaq ehtimalını gözardı edə bilmərəm. Amma istəyərəm ki, bunun qarşısını alsınlar. Formula1-də davam etmək istəyirik. Lakin rəhbərlik Ferrari-nin genlərini göstərə biləcəyi yollar təqdim etməlidir. Bunu tapa bilməsək, ayrılacağıq. Digər komandalar da bizimlə gələrmi, bilmirəm. Lakin bunu edə bilərik.
Mənə ən çox təsir edən odur ki, Liberty Media-da Ross Braun kimi Formula1-i yaxşı tanıyan adam ola-ola idmanın ruhuna tərs olan işlər görməsidir. Biz Formula1 tarixinin bir parçasıyıq və buna görə də bütün axmaqlıqları və idmanı yaxşı bilirik. Sadəcə Formula1 üçün işləyən yarış şöbəmiz var. Buna görə də Formula1-i yaxşı tanıyırıq. Ferrari-nin ayrılığını əngəlləmək üçün yetərincə vaxt var”.