F-1.az xatırladır ki, Avstraliyanın sağlamlıq qurumları Mission Winnow loqotipini siqaret reklamını xatırlatdığı üçün araşdırmağa başlamışdılar. Vəziyyətin belə olduğunu görən Philip Morris şirkəti Mission Winnow yazılarını mövsümün ilk yarışında bolidin üzərindən götürməyə qərar vermişdi. Bu yazılaırn yerini isə Ferrari şirkətinin qurulmasının 90-cı ilinə həsr olunmuş yazılar tutub.
Qeyd edək ki, şirkət Entso Ferrari və ortaqları tərəfindən 1929-cu ildə qurulub.