Ferrari yeni maşının təqdimat tarixini açıqlayıb

Artıq mövsüm başa çatıb və komandalar bayram fasiləsindən sonra növbəti mövsümə hazırlıqlarını davam etdirəcəklər. Onların qarşısında duran başlıca vəzifə isə maşınların hazırlanması, çarpma (krəş) testlərdən keçirilməsi və təqdim edilməsidir.

F-1.az xəbər verir ki, Ferrari yeni maşınının təqdimat tarixini ilk açıqlayan komanda olub. Sky İtalia telekanalının məlumatına görə, maşın qış testlərinin başlamasına üç gün qalmış – fevralın 24-də təqdim olunacaq. Scuderia-nın rəhbərliyi bu məlumatı Maranelloda təşkil olunmuş korporativ milad naharı zamanı açıqlayıb.

Maşının Ferrari üçün doğma olan Fyorano trasında təqdim olunması və rəsmi çəkiliş gününün təşkil olunması planlaşdırılır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*