F-1.az xatırladır ki, “qırmızılar” yeni bolidlərini fevralın 14-də təqdim edəcəklər. Cümə günü Ferrari komandası 2023-cü il bolidini işə salmış və motorun səsini yayımlamışdı. İtalyanlar bolid təqdimatından əvvəl yeni mövsüm geyimlərinə gün üzünə çıxarıblar.
Gözlənildiyi kimi geyimləri böyük hissəsi qırmızı rəngdədir. Çiyinlər isə qara rəngdədir. Bu isə o deməkdir ki, yeni maşın da qırmızı-qara rəng çalarında olacaq.
Ferrari-nin yeni geyimlərində 2022-ci ilin sonunda komandadan ayrılan Velas və Snapdragon-un loqotipləri yoxdur. Bundan başqa müqaviləsi bitən Qualcomm-u Harman Automotive əvəz edib.