F-1.az xatırladır ki, “qırmızılar” 2023-cü il bolidini fevralın 14-də təqdim edəcəklər. Lakin təqdimatla bağlı yeni xəbərlər çıxıb.
İtaliya mətbuatının xəbərinə görə Ferrari yeni bolidini əvvəlki illərdə olduğu kimi Maranelloda təqdim edəcək. Sonra isə çəkiliş günü üçün bolid Fyoranoda trasa çıxarılacaq. Bu tras həm də Ferrari bazasına yaxındır.