F-1.az bildirir ki, italyanlar yeni bolidlərini fevralın 17-də təqdim edəcək. Lakin maşının adı hələ də müəmmalıdır.
Xatırladaq ki, daha əvvəl Aston Martin komandası bolidin təqdimat tarixini açıqlamışdı.
Qeyd edək ki, Ferrari son qələbəsini 2019-cu ildə qazanıb. Amma yeni reqlament hesabına qırmızılar yenidən çempionluq mübarizəsinə qayıtmağa ümid edir.