F-1.az bildirir ki, “qırmızılar” ilk iki yarışda ikili podiuma sevinsələr də, boliddə az sa olsa, dalğalanma problemi var. Buna görə də Red Bull-a nisbətdə bolidin yüksəkliyini daha çox artırırlar. Belə olan halda asfaltayatma qüvvəsi də azalır. Buna görə də İtaliya komandası yeni altlıq üzərində işləyir. Yeni altlıq işləsə, dalğalanma problemi də azalacaq və bolidin aerodinamik gücü artacaq. Ancaq bu yeniliyin İmolaya gətirələcəyi gözlənilir.
Ferrari yeni altlıq hazırlayır
İtaliya mətbuatının verdiyi xəbərə görə Ferrari İmolaya yeni ön qanadla gələcək.