F-1.az xatırladır ki, Ferrari keçən il mövsümə pis başlamış və ilk qələbəsini mövsümün 13-cü yarışı olan Belçikada gənc Leklerlə qazanmışdı. Lakin “qırmızılar” bu il çempionluğa oynamaq istəyirlər və buna görə də boliddə bir sıra dəyişikliklər ediblər.
Ancaq Leo Turrinidən yaxşı xəbərlər gəlməyib: “Mənə elə gəlir ki, simulyatordan və Maranellodakı aerodinamik borudan gələn məlumatlar mühəndisləri razı salmayıb. Amma hələ vaxt var”.