F-1.az bildirir ki, çempionatın təşkilatçısı ümumilikdə komandalara 965 milyon dollar ödəyəcək – keçən il komandalar əvvəlki mövsümə görə 893 milyon dollar almışdılar, deməli, çempionatın gəlirləri keçən il yenə də artıb. Ödəmələr bu aydan başlayacaq.
Aşağıdakı cədvəldə komandalara ödəniləcək məbləğlərin səbəbləri də göstərilib. Birinci sütunda komandanın son üç ilindən ikisində göstərdiyi nəticəyə görə (yəni son 3 ildə 2 dəfə Mühəndislər Kubokunda ilk onluğa düşmək kifayətdir), ikinci sütunda isə son ildə göstərdiyi nəticəyə görə alacağı mükafatın məbləği göstərilib.
Dörd komanda – Ferrari, Mercedes AMG, Red Bull və McLaren komandaları əlavə Konstruktor Bonusu da alırlar. Ferrari komandası çempionatın daimi iştirakçısı kimi daha bir əlavə mükafat alır. Tarixi irsinə görə Williams komandası da 10 milyon dollar əlavə bonus alır. 35 milyon dollar bonus olaraq Red Bull komandasına (2020-ci ilə qədər çempionatda qalmağı vəd etdiyinə görə) və Mercedes AMG komandasına (son iki ilin çempionu olduğuna görə) ödəniləcək…
2015-ci İLƏ GÖRƏ KOMANDALARA MÜKAFAT ÖDƏMƏLƏRİ, milyon dollarla
Komanda | Mükafat-1
(3 ildə 2 nəticə) |
Mükafat-2
(2015-ci ilə görə) |
Cəmi mükafat | Konstruktor
Bonusu |
Bonus | Yekun | 2015-ci illə
müqayisə, %-lə |
2015-ci ildə
tutduğu yer |
Ferrari | 33.5 | 53.5 | 87.0 | 35.0 | 70.0 | 192.0 | + 17 | 2 |
Mercedes AMG | 33.5 | 63.5 | 97.0 | 39.0 | 35.0 | 171.0 | + 36 | 1 |
Red Bull | 33.5 | 36.5 | 70.0 | 39.0 | 35.0 | 144.0 | – 7 | 4 |
Williams | 33.5 | 43.5 | 77.0 | – | 10.0 | 87.0 | – 6 | 3 |
McLaren | 33.5 | 16.5 | 50.0 | 32.0 | – | 82.0 | – 16 | 9 |
Force İndia | 33.5 | 33.5 | 67.0 | – | – | 67.0 | + 12 | 5 |
Renault | 33.5 | 30.5 | 64.0 | – | – | 64.0 | + 28 | 6 |
Toro Rosso | 33.5 | 23.5 | 57.0 | – | – | 57.0 | + 8 | 7 |
Sauber | 33.5 | 20.5 | 54.0 | – | – | 54.0 | + 23 | 8 |
Manor | 33.5 | 13.5 | 47.0 | – | – | 47.0 | – | 10 |