F-1.az xəbər verir ki, Scuderia Fyoranodakı trasda gələn ilin yağış təkərlərini yoxlayıb. Komandanın əsas pilotu Karlos Sayns maşının sükanı arxasında əyləşib. Ferrari Pirelli mühəndisləri tərəfindən hazırlanmış proqram üzərində işləyir. Toplanmış bütün məlumatlar Formula1 komandalarının hamısı üçün əlçatan olacaq.
Ferrari yağış təkərlərinin testlərinə başlayıb
Pirelli qış fasiləsində beş komanda - Alfa Romeo, Ferrari, AlphaTauri, Mercedes və Aston Martin ilə təkər testləri planlaşdırıb. Artıq bu gün Ferrari sınaqlara başlayıb.