Ferrari xüsusi loqotiplə yarışacaq

Ferrari komandası Avstriya yarışında xüsusi loqotip ilə yarışacaq.

F-1.az bildirir ki, Ferrari komandası bu gün 1932-ci ildə Spa-Frankorşampsdakı bir yarışda istifadə etdikləri loqotiplə yarışacaq. Buna görə də həm Leklerin, həm də Saynsın bolidindəki Ferrari loqotipləri dəyişdirilib.

Düzdür, “qırmızılar”ın loqotipləri uzun illərdir dəyişməsə də, ilk loqotiplə hazırkı arasında xırda fərqlər var. Əvvəlki loqotipdə at başqa cür idi və S ilə F hərfləri daha kiçik təsvir olunmuşdu.

Şahə qalxan at loqotipi təyyarəçi Françesko Barakkaya aid idi. Ferrari-nin qurucusu Entso Ferrari bu loqotip haqqında belə danışmışdı: “1923-cü ildə Ravennada ilk dəfə Savio trasında yarış qazanmışdım. O vaxt Françeskonun valideynləri Kont Enriko Barakka və Kontes Paolina ilə tanış oldum.

Kontes bir gün mənə dedi ki, “Entso, nəyə görə oğlumun şaxə qalxan at loqotipini maşınlarına qoymursan? Bu sənə uğur gətirəcək” dedi. At qara idi və rəngini dəyişmədim. Onun arxasına isə Modena şəhərinin rəngi olan sarını əlavə etdim”.

Bu loqotip ilk dəfə 1932-ci ildə 24 saatlıq SPA marafonunda istifadə olunmuşdu. Loqotipdə sarı rəngdən başqa İtaliya bayrağı da var.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*