F-1.az xatırladır ki, Ferrari-nin 2020-ci il bolidi bu gün Bakı vaxtı ilə 21:30-da təqdim ediləcək. Lakin italyanlar bundan əvvəl sosyal şəbəkə üzərindən bir video yayımlayıblar. Burada Sebastyan Fettellə Şarl Leklerin 2020-ci il yarış kombinezonlarını geyindiklərini görürük. Geyimin üzərindəki qara rəng diqqəti cəlb edir.
Bundan başqa Red Bull da pilotların yeni mövsümdə geyinəcəyi kombinezonları təqdim edib.