Ferrari və PMİ maşının yeni tərtibatını təqdim ediblər

Bu gün səhər Suzuka Avtodromunda təşkil olunmuş xüsusi təqdimat mərasimində Ferrari maşınının bəzi elementlərinin yenilənmiş tərtibatı təqdim olunub - qarşıdakı həftəsonundan sonra komandanın maşınları yeni rəng çalarları ilə yarışacaqlar.

F-1.az bildirir ki, SF71-H motor qapağının üzərində Ferrari komandasının və Philip Morris İnternational (PMI) korporasiyasının birgə təşəbbüsü olan qlobal Mission Winnow kampaniyasının loqotipi peyda olub.

Tütün nəhəngi öz brendlərini birbaşa reklam edə bilmir, çünki bu məhsulların reklamına ciddi məhdudiyyətlər mövcuddur, amma hər iki şirkət səylərini cəm edərək yeni ümumi layihəyə start veriblər – kampaniyanın məqsədi “elmin, texnologiyanın və innovasiyaların istənilən sənaye sahəsinin hərəkətverici qüvvəsi” olduğunu göstərməkdir.

Xatırlatmaq lazımdır ki, Skuderiyanın hazırkı başçısı Mauritsio Arrvabene əvvəllər PMİ-ın ən böyük bölməsi olan Marlboro-nun vitse-prezidenti postunu tutub, Ferrari komandasını isə korporasiya ilə 2021-ci ilə qədər qüvvədə olan müqavilə bağlayır. Tütün reklamının qadağasına baxmayaraq, bu iki şirkətin əməkdaşlığı 45 ildir davam edir.

Ferrari and Phillip Morris launch Mission Minnow

Mission Winnow kampaniyasının loqotipləri motor qapağının, arxa qanadın, halonun və sürücülərin kombinezonlarının üzərinə vurulacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*