Ferrari və C.Əllison bəyanat verməyə hazırlaşırlar

Lotus komandasının texniki direktoru Ceyms Əllison tutduğu vəzifəni tərk etdiyi gündən onun karyerası barədə şayiələr səngimək bilmir. Müxtəlif variantlar içində […]

Lotus komandasının texniki direktoru Ceyms Əllison tutduğu vəzifəni tərk etdiyi gündən onun karyerası barədə şayiələr səngimək bilmir. Müxtəlif variantlar içində mühəndisin Ferrari-yə keçməsi də söylənilirdi, amma şirkətin prezidenti Luka di Montedzemolo o zaman şayiələri təkzib etmişdi.

İyirmi gün əvvəl İspaniyada dərc olunan AS qəzetinin müxbiri bildirmişdi ki, Ceymsin Skuderiyaya keçidi barədə dəqiq məlumata malikdir, bu gün isə məlumatı Britaniya qəzetləri də təsdiq ediblər.

Ferrari-nin rəsmi bəyanatı yaxın günlərdə gözlənilir…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*