F-1.az bildirir ki, indi karantinin elan olunduğu “qırmızı zona”da həm Modena – Maranelloda Ferrari-nin bazası yerləşir, həm də Emiliya Romanya yer alıb – Fayentsada AlphaTauri-nin bazası yerləşir. Hökumətin qərarı ilə “qırmızı zonalar”a xüsusi icazə olmadan giriş və çıxış qadağandır. Aydındır ki, komanda üzvləri üçün belə icazələr alınacaq.
Bütün məktəblər, universitetlər, muzeylər, idman obyektləri, mədəniyyət mərkəzləri və xizək kurortları aprelin 3-dək bağlanıb. Tibb işçilərinin məzuniyyətləri ləğv edilib.
Komandalar daxili məhdudiyyətlər tətbiq ediblər, qapalı rejimə keçiblər və işçilərin sağlamlıq vəziyyətinə nəzarət edirlər. Çoxları artıq mövsümün ilk mərhələsi üçün Avstraliyaya uçublar, qalanları yaxın günlərdə uçacaq, narahatlıq üçün ciddi bir səbəb yoxdur, ancaq mövsümün əvvəlində İtaliya komandalarının işi ciddi şəkildə çətinləşəcək.
Sonda qeyd edək, F1-in təchizatçısı olan Pirelli və Magneti Marelli şirkətlərinin qərargahları da “qırmızı zona”da yerləşirlər.