Ferrari Vayranoda aerodinamik testlər keçirib

Reqlament mövsümün gedişində testləri qadağan edir, mövsümöncəsi testlər isə cəmi 15 gün trasda işləməyə icazə verir. Bundan başqa reqlamentə əsasən […]

Reqlament mövsümün gedişində testləri qadağan edir, mövsümöncəsi testlər isə cəmi 15 gün trasda işləməyə icazə verir. Bundan başqa reqlamentə əsasən düz yollarda aerodinamik testlər keçirmək mümkündür – maşın müəyyən sürətlə düz yolda hərəkət edir, mühəndislər isə onun konfiqurasiyasını dəyişirlər və konkret elementlərin effektliyini qiymətləndirirlər.

Dünən Ferrari komandası Vayranoda belə testlər keçirib. Trasda 150° İtalia-nın sükanı araxsında Ferrari-nin Akademiyasının üzvü Davide Riqon çalışıb – sürücü ilə müqavilə yanvar ayında imzalanıb, Davidenin simulyatorda gərgin işləməsi nəzərdə tutulub. Onun debütü keçən həftə Fyoranoda olmalı idi, amma hava şəraiti üzündən testlər təxirə salınmışıd.

Bu gün komanda Braselonaya yollanacaq, sabah Fernando Alonso və Felipe Massa tərəfdaşların və sponsorların reklam çəkilişlərində iştirak edəcəklər, testlərdə isə ilk iki günü Felipe Massa, sonra isə Fernando Alonso işləyəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*