F-1.az xatırladır ki, Kimi Rəykkönen Avstraliyada turbin probleminə görə yarışı vaxtından əvvəl dayandırmışdı. Komanda Rəykkönendən pitə gəlməsini istəyib. Rəykkönen pitə gələndən sonra motorun hava kanalından od püskürməyə başlamışdı.
Yarışdan sonra təhlil aparılıb və məlum olub ki, mühərriyə heç bir zərər dəyməyib. Ona görə də Ferrari hazırda mühərriyi dəyişdirməyi planlaşdırmır, amma sərbəst yürüşlər zamanı mühərriyin vəziyyəti araşdırılacaq.
Bəhreyndəki yarış axşam olduğu üçün havanın temperaturu çox olmayacaq.
Ferrari komandası bildirib ki, onlar Avstraliyada turboda problem yaşayıblar, ona görə də Bəhreyndə lazımi dəyişiklik ediləcək.
Beləliklə, Rəykkönen bu həftə ikinci turbosunu istifadə edəcək. Qeyd edək ki, hər sürücü mövsüm ərzində güc qurğusunun bir bloku kimi 5 turbodan istifadə edə bilər…