F-1.az bildirir ki, Ferrari 2022-ci ilin sponsor siyahısında UPS-i qeyd etməyib və bu hal əksəriyyət tərəfindən təəccüblə qarşılanıb. Bunun səbəbi UPS-in 2013-cü ildən bəri Ferrari-nin əsas tərəfdaşlarından biri olmasıdır. Ferrari-nin mətbuat katibi də tərəflərin ayrılacağını təsdiqləyib.
Formula1 komandaları mövsüm ərzində səyahət etdikləri üçün loqistika onlar üçün çox vacibdir. UPS də Ferrari ilə əla tərəfdaşlıq qurmuşdu. İndi İtaliya komandası yeni loqistika tərəfdaşı tapmalıdır.