Ferrari uğursuzluqlardan dərs çıxarmır?

Ferrari komandası son 6 ay ərzində həm Ceyms Əllisonu, həm də Dirk de Biri itirməsinə baxmayaraq, Sercio Markionne yeni mövsümdə komandasına güvənir.

F-1.az xatırladır ki, Ceyms Əllison komandadan ayrıldıqdan sonra Ferrari-nin texniki şöbəsində önəmli dəyişikliklər edilmişdi. İtalyanlar Əllisonun əvəzinə təcrübəli mühəndis gətirməkdənsə, komanda daxilindəki işçilərə şans vermişdilər.

Beləliklə, komandanın baş motorçusu Mattia Binotto komandanın texniki direktoru, Ferrari-nin GT layihələrində aerodinamika üzərində işləyən Enriko Kardille Formula1 komandasının aerodinamika şöbəsinin başçısı təyin edilmişdi. Bundan başqa Ferrari fransalı David Sançesi baş konstuktor vəzifəsinə gətirmişdi.

“Qırmızılar”ın təyinatları bununla bitməyib. Rori Börn də komandaya qoşulub və italyanlar ondan 2017-ci və 2018-ci bolidlərinə fokuslanmağını istəyiblər.

Amma bütün bunlar baş verən zaman hamı gözləyirdi ki, Ferrari komandası Pəddi Lounu transfer etsin. Amma “Şahə qalxan atlar” bu transferi həyata keçirmək üçün heç bir hərəkət etməyiblər.

Sercio Markionne: “Avqustdan bəri iş rejimimiz dəyişib. Artıq pulumuzu və resurslarımızı doğru yerlərə yönləndiririk. Düzdür, itirmək istəmədiyimiz bəzi mühəndislərimizi itirdik. Amma bu hallar bütün komandalarda olur. Bizim lazımi qədər təchizatımız var və buna görə də super qəhrəmana ehtiyacımız yoxdur”.

Formula1 üzrə 4 qat Dünya Çempionu və Ferrari-nin sabiq sürücüsü Alen Prost bildirib ki, Ferrari 2017-ci ildə çempion ola bilməyəcək: “Reqlament dəyişən zaman Ferrari heç vaxt zirvədə ola bilməyib. Buna görə də Ferrari sürücülərinin çempionluq şanslarını yüksək qiymətləndirmirəm. Məncə, bu il əsas mübarizə Mercedes və Red Bull arasında olacaq. Hər iki komandanın şansları bərabərdir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*