Ferrari üçün günün uğursuz başlanğıcı

Xeres testlərinin son günü F138-in sükanı arxasında Felipe Massanı komandanın yeni test sürücüsü Pedro de la Rosa əvəz edib, amma […]

Xeres testlərinin son günü F138-in sükanı arxasında Felipe Massanı komandanın yeni test sürücüsü Pedro de la Rosa əvəz edib, amma ispaniyalı sürücü cəmi 1 dövrəni tam başa vura bilib – ikinci dövrənin əvvəlində maşının arxa hissəsi tüstülənməyə başlayıb.

Tüstü çoxalıb, sağ qazburaxma borusunun çıxışı yanmağa başlayıb. Pedro maşını 7-ci vı 8-ci döngələr arasında saxlamalı olub – qırmızı bayraqlarla sessiya dayandırılıb. Hadisə yerinə yaxın olan marşallar yanğınsöndürücülərdən istifadə etməklə alovu söndürə biliblər, maşın boksa qaytarılıb.

Əgər nasazlığın səbəbi müəyyən edilirsə və aradan qalırılarsa, Pedro nahardan sonra trasa qayıda bilər…

rosa-4
rosa-5
rosa-6

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*