Ferrari texniki şöbədəki dəyişiklikləri elan edib

Mövsüm Ferrari üçün bərbad başlayıb - hələ qış testlərindən onları çətin günlərin gözlədiyi məlum idi. Komanda Mühəndislər Kubokunda ilk 3 yarışdan sonra beşinci yerdədir.

F-1.az xəbər verir ki, vəziyyəti düzəltməyə çalışan Scuderia texniki şöbəni səmərəliliyini artırmaq, strukturunu sadələşdirmək, qarşıya qoyulan məqsədləri yerinə yetirməyə daha çox imkan yaratmaq üçün yenidən qurmaq qərarına gəlib.

Yeniliklərin bir hissəsi olaraq, “Səmərəliliyin Təkmilləşdirilməsi” şöbəsi yaradılıb və ona Enriko Kardile rəhbərlik edəcək. Eyni zamanda, digər əsas şöbələr olduğu kimi qalıb – bundan sonra da Enriko Qualteri güc qurğusuna, Simone Resta isə şassiyə cavabdeh olmaqda davam edəcəklər. Loran Mekis də idman direktoru vəzifəsini qoruyur.

Mattia Binotto: “Bir neçə gün əvvəl bildirdiyimiz kimi, inkişafı sürətlənmək və maşını yaxşılaşdırmaq üçün texniki şöbənin strukturunda dəyişikliklər etmişik. Bu dəyişiklər labüd idi, lakin şirkət əməkdaşlarına inamını bir daha təsdiq etdi. Enriko Kardilenin başçılıq etdiyi şöbə Röri Börn və David Sançes kimi təcrübəli mütəxəssislərə arxalana bilər. Bu şöbə maşının inkişafında mühüm rol oynayacaq.

İşçilərimizin ən yüksək standartlara uyğun olduqlarına əminik – bu baxımdan əsas rəqiblərimizə həsəd aparmağımıza ehtiyac yoxdur. Dəyişiklikləri şöbə rəhbərlərinin üzərinə düşən məsuliyyəti artırmaq üçün edirik. Bir neçə dəfə demişik, yenə deyirik – komandanı yeni qələbələr dövrünə aparacaq addımların əsasını qoymuşuq. Bu zaman alacaq və geriləmələr qaçılmazdır. Lakin zirvəyə mümkün qədər tez qayıtmaq üçün qətiyyətli addımlar atmalıyıq. Hamının istədiyi və bütün dünyadakı azarkeşlərimizin bizdən gözlədikləri budur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*