Ferrari testlərdən əvvəl reklam çəkilişi edəcək

Ferrari komandası 2019-cu il bolidini mövsümöncəsi testlərdən bir gün əvvəl reklam çəkilişi üçün trasa çıxaracaq.

F-1.az xatırladır ki, Ferrari 2019-cu il üçün hazırladığı bolidi fevralın 15-də internetdə canlı yayımla təqdim edəcək. Daha sonra yeni bolid testlər üçün Barselona trasına göndəriləcək.

Qeyd edək ki, komandalar il ərzində iki dəfə reklam çəkilişi edə bilərlər və hər çəkiliş zamanı 100 km məsafə qət edilməsinə icazə verilir. Bu testlərdə Pirelli-nin nümayiş təkərlərindən istifadə edilir. Komandalar bu çəkilişlər zamanı bolidin bəzi sistemlərini yoxlayırlar və beləliklə, mövsümöncəsi testlərdən əvvəl müəyyən məlumatlar toplayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*