F-1.az əvvəl xəbər vermişdi ki, Finlandiyada dərc olunan İlta Sanomat qəzeti Skuderiyanın yeni maşını fevralın 19-da və ya 20-də təqdim edəcəyi xəbərini yaymışdı.
Ancaq italyan komandasının mətbuat katibi Alberto Antonini bu xəbəri təkzib edib: “Təqdimat mərasimi ilə bağlı heç bir məlumat verilməyib. Bundan başqa çıxan bütün xəbərlər şayiədir”.
Omnicorse saytı xəbər verir ki, Ferrari-nin monokoku çırpma testinə hazırdır. Ancaq komanda limitləri sonuna qədər istifadə etmək üçün təqdimat gününü elan etmir. Keçmiş Formula1 mühəndisi Dominik Harlou Ferrari-nin gecikmə iddialarına fikir bildirib: “Bəzən belə hallar ola bilər. İlk yarışlarda bir az geridə ola bilərsiniz, amma mövsümün Avropa hissəsində sürətlənərək yaxşı yerlər tuta bilərsiniz”.