F-1.az xəbər verir ki, bu gün Skuderiyanın mətbuat xidməti qarşıdan gələn mərasimin bəzi təfərrüatına aydınlıq gətirib.
Adı hələ də gizli saxlanılan 675 indeksli avtomobilin təqdimatı fevralın 14-də Bakı vaxtı ilə saat 14:25-də Maranelloda keçiriləcək.
Təqdimatı hər kəs komandanın yutubdakı rəsmi kanalında və Scuderia-nın digər sosial şəbəkələrində izləyə biləcək.