F-1.az xatırladır ki, Binottonun komanda rəhbərliyi vəzifəsindən uzaqlaşdırılacağı və əvəzinə Frederik Vassyörün gətiriləcəyi şayiələri yayılıb. Xəbərdə bildirilmişdi ki, şirkətin prezidenti Con Elkan Mattiadan narazıdır və yanvarın 1-dən etibarən postunda olmayacaq.
Amma Ferrari şirkəti bu xəbəri təkzib edib: “Bu iddialar barədə danışmaq istəmirik. Ferrari komandasının rəhbəri Mattia Binotto barədə çıxan xəbərlər cəfəngiyatdır”.