Ferrari sürücülərinin təkər problemlərinin səbəbləri müxtəlifdir

Pirelli hesab edir ki, Ferrari sürücülərinin yarışın sonunda yaşadığı problemlərin müxtəlif səbəbləri var. Çünki Rəykkönenin təkəri təbəqələrə ayrıldıqdan sonra öz təzyiqini saxlasa da, Fettelin təkəri tamamilə dağılmışdı.

F-1.az xəbər verir ki, əsl səbəb bu həftəsonu – araşdırmalar tamamlandıqdan sonra məlum olacaq.

Mario İzola: “Biz hər yarışdan sonra təkərlərin vəziyyətini öyrənirik. Bu dəfə isə daha dərin tədqiqat aparacağıq. Biz hesab edirik ki, təkərlər müxtəlif səbəblərdən sürücüləri yarı yolda qoyub. Kiminin təkəri öz formasını və təzyiqini qorudu, sadəcə onunla yarışı davam etdirmək çox çətin olardı. Sebastyanın təkəri isə tam dağıldı. Biz təhlilləri komanda ilə birlikdə aparacağıq, çünki telemetriya məlumatları çox vacibdir. Biz hamımız nə baş verdiyini bilməkdə maraqlıyıq. Düzgün cavab alacağımıza əmin olmalıyıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*