Ferrari sürücülərinə sərbəstlik verəcək

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Şarl Lekler gələn il Fettellə mübarizə aparmaqda sərbəst olacaq.

F-1.az xatırladır ki, monakolu sürücü bu il Kimi Rəykköneni əvəz edib. Mattia Binotto daha əvvəl üstünlüyü Fettelə verə biləcəklərini demişdi.

Lakin italiyalı rəhbər, belə görünür ki, fikrindən daşınıb: “Əlbəttə, mübarizə aparmaqda sərbəst olacaqlar. Şarla yavaş getməyini deməyəcəyik. İkisi də maksimum performansını göstərməlidir. Buna ehtiyacımız var. Amma mövsümün əvvəlində qeyri-müəyyən hallar olsa, daha təcrübəli olan Sebastyana üstünlük verəcəyik. Məncə, bu, Ferrari üçün daha yaxşı olar.

Amma Şarl da yaxşı sürücüdür. Barselonada bolidi anlamağa fokuslandı. Trasda Fettel və Lekler arasında ciddi mübarizə görmürəm. Bizim üçün əsas bolidin inkişafıdır. Dövrəvi nəticələri yaxın idi. Bu hal Leklerin daha sürətli sürücü olduğunu göstərir. Uzun illərdir Ferrari ilədir. Onun performansını keçən il Sauber-də gördük. Seçimin doğru qərar olduğunu Barselona testləri göstərməyəcək. O, qətiliklə doğru seçim idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*