F-1.az xatırladır ki, Ferrari komandası mövsümün startına 23 şərti baldan 14-nü istifadə etmişdi və Rusiya yarışı ərəfəsində əvvəl qalan 9 şərti baldan 3-nü də istifadə edib.
Bugünkü ilk sərbəst yürüşlərdə həm Sebastyan Fettel, həm də Kimi Rəykkönen yeni mühərriyə keçiblər – Fettel üçün bu mühərrik 3-cü olsa da, Rəykkönen üçün 2-ci olub, italyanların mühərriyi inkişaf etdirməsi üçün 6 şərti balı qaldı.
Amma Ferrari komandası əvvəldən bildirmişdi ki, onlar köhnə mühərrikləri növbəti yarışların sərbəst yürüşlərində istifadə edə bilərlər…