Ferrari sürücüləri və Ferstappen yeni güc qurğusu götürüblər

Ferrari komandasının sürücüləri və Maks Ferstappen İtaliya Qran Prisində yeni mühərriyə keçiblər.

F-1.az xatırladır ki, Ferrari yeni mühərriyi Belçika yarışına gətirsə də, ondan Alfa Romeo ilə Haas komandaları istifadə etmişdilər. Ferrari-nin isə yeni mühərriyə Montsada keçməsi gözlənilirdi və gözlənildiyi kimi “qırmızılar” ev traslarında üçüncü versiya mühərriyi götürüblər. Verilən açıqlamaya əsasən İtaliya komandası yeni daxiliyanma mühərriyinə, MGU-H generatoruna və turboya keçiblər.

Bundan başqa Norris, Ferstappen və Qasli də dördüncü daxiliyanma mühərrik, MGU-H və turboya keçdikləri üçün cərimələniblər. Bu üç sürücü yeni MGU-K generatoru da götürüblər.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*