Ferrari sürücüləri testləri başa vurublar

Fransanın Pol Rikar trasında Ferrari komandasının sürücüləri ikigünlük testləri başa vurublar.

Monakodan sonra Skuderiya yaxınlıqdakı Le Kastelleyə yollanıb. Süni sulama sistemi olan trasda Şarl Lekler və Karlos Sayns gələn il istifadə olunacaq 18 düyməlik yağış təkərlərini test ediblər.

Testlərin birinci günü Lekler yaşıl təkərlərlə 83, göy təkərlərlə 58 dövrə olmaqla ümumilikdə 141 dövrə vurub.

Testlərin ikinci günü Karlos Sayns yaşıl təkərlərlə 75, göy təkərlərlə 92 dövrə olmaqla ümumilikdə 167 dövrə vurub.

Pirelli testlər barədə başqa heç bir məlumat paylaşmayıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*