F-1.az xatırladır ki, hər iki sürücünün də komandası ilə müqaviləsi ilin sonunda bitəcək və Fettellə maraqlanan komandalar arasında Mercedes də var. Lakin, Rəykkönenin karyerasını bitirəcəyi ilə bağlı iddialar var. Bəzi iddialara görə isə, “qırmızılar” yenidən Fernando Alonsonu komandaya gətirə bilərlər.
Mauritsio Arrivabene: “Hazırda müqavilə barədə yox, çempionat barədə düşünürük. Başqa şeylərlə maraqlanmaq doğru olmaz. Daha əvvəl də dediyim kimi bir yerdə əla işləyirik. Sürücülərimiz komandaya yaxşı uyğunlaşıblar. Hamı öz işinə fokuslanıb. Müqavilə bizim üçün problem deyil.
Ferrari olaraq Mühəndislər Kubokuna fokuslanmışıq. Sürücülər Çempionatı onların problemidir”.