Ferrari sürücüləri dəbilqələrini təqdim ediblər

Ferrari komandasının sürücüləri Karlos Sayns yeni dəbilqə və kombinezonlarını təqdim ediblər.

F-1.az xatırladır ki, Ferrari builki bolidləri SF-23-ü dünən təqdim etmişdi. Sürücülərin bu il istifadə edəcəkləri dəbilqələr də gün üzünə çıxıb.

Şarl Lekler əsasən qırmızı və ağ rənglərdən ibarət olan xüsusi dəbilqə dizaynı seçib. Karlos Sayns isə İspaniya bayrağı təsvirli qara dəbilqə ilə yarışacaq.

Sürücü kambinezonları və komanda paltarları qırmızı və qara rənglərdən ibarətdir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*