F-1.az xəbər verir ki, Ferrari-də son dəfə titual qazanan Kimi Rəykkönen və dördqat dünya çempionu Sebastyan Fettel dekabrın 4-də baş tutacaq Ferrari Finali Mondiali tədbiri ərəfəsində əfsanəvi Daytona oval trasında Formula1 bolidi ilə şou-yürüş edəcəklər. Onlar uzunluğu 5.73 km olan trasda azarkeşlər üçün pit-stop, sürətli dövrə və yerindən sürətlənmə nümayişləri edəcəklər.
Ferrari-nin hər il təşkil etdiyi tədbir ilk dəfə Şimali Amerikada baş tutacaq və 4 gün davam edəcək. Tədbir əvvəlki illərdə Əbu Dabi, İspaniya və İtaliyada keçirilmişdi. Tədbirdə Formula1 bolidlərindən əlavə, Ferrari-nin yol avtomobilləri də olacaq.