Ferrari Sürücü Akademiyasında yeni tədris ili başlayıb

Bu gün Ferrari Sürücü Akademiyasının (FDA) tələbələri Maranelloya toplaşıblar – əvvəlki ildən qalan akademiyanın 6 üzvünə iki yeni üzv də qoşulub.

F-1.az xəbər verir ki, 2023-cü ildə onların hamısını daha sıx tədris proqramı gözləyir, əlavə olaraq onlardan yeddisi bu il müxtəlif gənclər kateqoriyalarında debüt edəcək.

Altı oğlan və iki qız təkcə FDA-in rəhbəri Marko Matassa ilə deyil, həm də Ferrari komandasının rəhbərliyi Frederik Vassyör və Loran Mekislə görüşüb. Düzdür, Maya Voyq hələ Maranelloya gəlməyib – 18 yaşlı sürüüc Davos iqtisadi forumunda iştirak edir, burada digər mövzularla yanaşı, avtoidmanda gender bərabərliyi məsələləri də müzakirə olunur.

Artıq qeyd edildiyi kimi, aakdemiyada iki yeni dinləyici var: finlandiyalı Tuukka Taponen və braziliyalı Aureliya Nobels. Xatırladaq ki, Aureliya keçən il FİA-nın “Qızlar avtodromda – Doğan ulduzlar” proqramının (FİA Girls on Track – Rising Stars) iştirakçıları arasında ən yaxşısı kimi tanınıb. Hər iki debütant bu il İtaliyanın Formula4 çempionatında yarışacaq və Tuukka artıq BƏƏ F4 qış seriyasında iki podiumla mövsümü açıb.

Bu həftə bütün FDA tələbələrini məşq, fiziki və psixoloji hazırlıq, o cümlədən, təbii ki, Ferrari-nin çoxdankı tərəfdaşı olan məşhur İtaliya şirkəti Tony Kart tərəfindən təşkil olunan kartinq yarışları gözləyir.

İl ərzində hər bir tələbə fərdi xüsusiyyətlərinə, təcrübəsinə və çıxış edəcəyi yarış kateqoriyasına uyğunlaşdırılmış öz proqramı ilə məşğul olacaq.

Dörd belə kateqoriya var: Oliver Berman və Artur Lekler Formula2-də, Dino Beqanoviç – F3-də, Rafael Kamara və Maya Voyq – Avropa Formula Regionalında debüt edəcəklər. Nəhayət, Ceyms Vorton, Taponen və Nobels Formula4-də nəyə qadir olduqlarını göstərməli olacaqlar.

Marko Matassa, FDA-in rəhbəri: “Yeni tədris ilinin başlanması həmişə çox vacib bir məqamdır. Dinləyicilərimizlə yenidən görüşmək çox xoşdur və biz daha çox sevinclə yeni gələnlər üçün qapıları açırıq. Onların hamısını çox gərgin mövsüm gözləyir, çünki səkkiz nəfərdən yeddisi öz kateqoriyalarında debüt edəcək, ona görə də onları çətin sınaq gözləyir.

2022-ci ildə dinləyicilərimiz yenidən titullar qazandılar və indi biz hər kəsin daha böyük nəticə qazanmasına kömək etmək üçün onlara daha çox imkan verməyə hazırıq. İlin uğurlu keçəcəyi ümidi ilə yeni gələn tələbələrimizlə və ümumilikdə bütün tələbələrlə işə başlamağı səbirsizliklə gözləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*