Ferrari sürpriz yeniliklər edəcək

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, çempionluq şansları hələ də bitməyib və əlavə edib ki, növbəti yarışlarda sürpriz yeniliklər gətirəcəklər.

F-1.az xatırladır ki, Ferrari bu mövsüm hələ də qələbə qazana bilməyib, ancaq Arrivabene inanır ki, Sebastyan Fettel və Kimi Rəykkönen mövsümün sonuna kimi Mercedes-in ilk 8 yarışda açdığı fərqi bağlaya biləcək.

Arrivabene bildirib ki, növbəti yarışlarda maraqlı yeniliklər edə bilərlər: “Sizə dəqiq vaxt deyə bilmərəm, amma mühəndislərimiz gecələr yatmırlar. Bəzi sürprizlər olacaq, çünki şassi mühəndislərimiz yuxusuz qalıblar”.

Arrivabene bildirib ki, Lyuis Həmilton və Niko Rosberq arasında gedən mübarizə Ferrari-nin çempionluq şansını artırır. Fettel iki Mercedes sürücüsü ilə mübarizə apardığı üçün bu ona əlavə üstünlük qazandırır: “Nə qədər yarış qazandığınız önəmli deyil. Vacib olan rəqiblərinizi təzyiq altında saxlamaqdır. Rosberq və Həmilton mübarizə apararkən, bir-birlərindən xal oğurlayırlar. Başqa cür olsa, çətin olardı. Çempionat uzundur. Bizim başımıza çoxlu pis hadisələr gəldi, amma Mercedes-in başına bu cür hadisə bir dəfə gəldi. Amma bəxtləri gətirməyəndə xal cəhətdən onlara yaxınlaşmaq daha asan olacaq. Özümüzə inanmalıyıq və pozitiv olmalıyıq.

Kanadada Mercedes-ə yaxın idik. Bakıda vəziyyətimiz pis olsa da, podiuma çıxa bildik. Məncə, Keke Rosberq kimi bir yarış qazanaraq, çempion ola bilərik və bu heç bir problem yaratmaz”.

Arrivabene bildirib ki, Həmilton Rosberqlə mübarizə apararaq, Ferrari-yə müttəfiqlik edə bilər: “Niyə də yox? Ən yaxşı şey onun bizim dostumuz, daha sonra isə əsas rəqibimiz olmasıdır. Qarşıda 13 yarış var. Mövsümün bitməsinə çox var”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*