F-1.az xatırladır ki, Ferrari komandası qış testlərində mükəmməl performans göstərərək, ən sürətli olmuşdular.
Helmut Marko: “Ferrari testlərdə çox güclü və etibarlı təsir bağışladı. Keçən il belə güclü deyildilər. Əgər Sebastyanı tanıyıramsa, onun ən sürətli zaman nəticəsini göstərmədiyini deyə bilərəm. Məncə, bolidlərində daha çox potensial var və bu, bizi narahat edir. Heç kim öz gücünü tam olaraq ortaya qoya bilməyib. Əgər trasa 10 kilo artıq yanacaqla çıxsanız, bu sizi 0.35 saniyə geri sala bilər. Yanacaq yükünü bilmədən dəqiq heç nə deyə bilmərik. Melburnda bəzi şeyləri dəqiq görəcəyik. Amma inanıram ki, Ferrari öndə olacaq”.