F-1.az xatırladır ki, almaniyalı sürücü 1996-2006-cı illərdə Ferrari-də yarışmış və 5 dəfə Dünya Çempionu olaraq, “qırmızılar”ın heyətində ən çox çempionluq qazanan sürücü olmuşdu. Yanvarın 3-də Mixaelin 50 yaşı tamam olacaq və Ferrari həmin gün müzeyi açacaq: “Mixaelin Ferrari-də qızıl tarixi var. 1996-2006-cı illərdə bizim komandada idi və ardıcıl 5 çempionluq qazandı. Komanda isə bu dövrdə 6 dəfə Dünya Çempionu oldu. Müzeydəki otaqlar yeddiqat Dünya Çempionunun unudulmaz xatirələri ilə bəzədiləcək. Məqsəd əfsanəvi sürücünü daha da müqəddəsləşdirməkdir”.
Ferrari Şumaxerə muzey açacaq
Ferrari əfsanəvi sürücüsü Mixael Şumaxerin 50 illik yubileyinin şərəfinə Maranelloda sərgi açacaq.