F-1.az xatırladır ki, tərəflər 2018-ci ildə müqavilə bağlamışdı. Mission Winnow 2018-ci ildə Philip Morris İnternational tərəfindən başladılmış layihədir.
Mission Winnow loqotipləri 2018-ci ilin sonlarında Ferrari bolidini bəzəməyə başlasa da, bəzi ölkələrdə buna sərt reaksiya göstəriblər. Buna görə də italyanlar əksər ölkələrdə bu loqotipləri çıxararaq, yarışmalı olub.
Ferrari bu il şirkətin loqotiplərini yaşıl rəngə boyasa da, yenə də bəzi ölkələrdə buna icazə verilməyib. Tərəflər arasındakı müqavilə bu ilin sonunda bitirdi. Növbəti mövsümdən Ferrari-nin iştirakçı siyahısındakı adı elə Scuderia Ferrari olacaq.