Ferrari şirkəti M.Şumaxerə avtomobil həsr edəcək

Ferrari şirkəti 70 illik yubileyi münasibətilə xüsusi avtomobillər kolleksiyası istehsal edəcək. Kolleksiyada Mixael Şumaxerin adını daşıyan bir avtomobil də olacaq...

F-1.az xatırladır ki, Ferrari 2017-ci ildə mühərrik istehsalçısı kimi 70-ci ilini qeyd edəcək. Auto Bild xəbər verir ki, italyanlar 70 illik yubileyləri münasibətilə 350 ədəd xüsusi model istehsal edəcək və bu avtomobillərin hərəsinə bir adamın adı veriləcək.

İstehsal ediləcək avtomobillərdən biri “The Schumacher” adını daşıyacaq və bu avtomobil qırmızı rəngli Ferrari 488 GTB olacaq.

Enzo Ferrari ilk avtomobilini 1940-cı ildə istehsal etsə də, şirkət 1947-ci ildə Ferrari markalı avtomobil istehsal etdikdən sonra mühərrik istehsalçısı kimi tanınıb.

Şumaxer Ferrari-nin heyətində 5 dəfə Dünya Çempionu titulunu qazanıb və italyanların idman tarixində ən uğurlu sürücüdür.

Kolleksiyada “The Steve McQueen” adlı avtomobil də olacaq..

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*