Ferrari simiclik etməyəcək

Ferrari-nin rəhbəri Luis Kamilyeri 2019-cu ildə çempion olmaq istədiklərini deyib.

F-1.az xatırladır ki, italyanlar son sürücülər çempionluğunu 2007-ci ildə, son Mühəndislər Kubokunu isə 2008-ci ildə qazanıblar. “Qırmızılar” 2019-cu ildə 6 qələbə, 24 podium əldə edərək 571 xal toplayıb və mövsümü ikinci yerdə bitiriblər. Mercedes isə keçən il ardıcıl beşinci dəfə titulun sahibi olub. Maranello komandası 2018-ci ildə Mercedes-lə birlikdə ən çox pul xərcləyən komanda olub. Bu il çempion olmaq üçün daha çox pul xərcləyəcəklər.

Luis Kamilyeri: “Mühəndislər Kubokunu qazandığımız 2008-ci ildən sonra ən yaxşı nəticəmizi əldə etdik. Lakin hədəfimiz qalib gəlməkdir. 2019-cu ildə hədəfimiz çempionluqdur. Bunu əldə etmək üçün daha çox pul xərcləyəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*