Ferrari Silverstounda qoruyucu ekranı test edəcək

2018-ci ildə Formula1 bolidlərində sürücülərin başını qoruyan müdafiə sisteminin peyda olması gözlənilir.

F-1.az xatırladır ki, FİA çoxsaylı testlərdən sonra Halo sistemindən imtina etmiş və diqqətini Shield adlandırılan qoruyucu ekran konsepsiyası üzərində cəmləşdirmişdi. Bu sistem hələ geniş ictimaiyyətə təqdim olunmayıb, lakin bir çoxları onun Red Bull tərəfindən təklif olunan AeroScreen sisteminə oxşadığını düşünürlər. AeroScreen-dən kifayət qədər test nəticələri olmadığı üçün imtina edilmişdi.

Auto Motor und Sport-un məlumatına görə, Shield sistemini ilk test edən komanda Ferrari olacaq – italyanlar Britaniya Qran Prisinin məşqlərində sistemi sınaqdan keçirəcəklər. Digər komandalar isə Montsa və Sinqapurdakı məşqlərdə analoji testi edəcəklər.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*