F-1.az Formu1a.uno saytına istinadən xəbər verir ki, söhbət yeni altlıq, ön qanad və arxa əyləc kanallarından gedir. Komanda gələn çərşənbə axşamı Fioranodakı trasda yeni məhsulların ilkin təqdimatını keçirməyi planlaşdırır.
Bu yeni detalların iyulun 7-9-da Silverstounda keçiriləcək Britaniya Qran Prisində Şarl Lekler və Karlos Saynsın maşınlarında quraşdırılacağı gözlənilir. Scuderia Avstriyada yeniləmək istəmir, çünki bu, sprint mərhələsidir və komandanın onları qiymətləndirmək üçün ixtiyarında yalnız bir saatlıq cümə məşqləri olacaq.
Əsas rəqibləri Mercedes və Aston Martin müvafiq olaraq Monako və Monreal mərhələlərində diqqətəlayiq yeniliklər təqdim ediblər. Əslində, Silverstoundakı yeniləmələr İtaliya komandasının birbaşa rəqiblərinə cavabı olacaq”.
Qeyd edək ki, komanda 8 yarışdan sonra 122 xalla çempionatda dördüncü yerdir. Cari mövsümdə ən böyük uğur Bakıda Leklerin əldə etdiyi üçüncülükdür…