F-1.az xatırladır ki, “qırmızılar” bu il çox pis mövsüm keçirib və növbəti mövsüm sürücü heyətini dəyişərək, Şarl Lekler və Karlos Sayns cütü ilə yarışacaqlar.
Mattia Binotto: “Gələnilki bolidin adına çoxdan qərar vermişik. Adı SF21 olacaq. Çox bəsit addır, çünki gələn mövsüm 2022-ci ilə keçid olacaq. Buna görə də SF21 adlanacaq. O bolid 2020-ci il bolidinin davamçısıdır.
Gələnilki bolidin təqdimatı üçün fərqli təqdimat təşkil edəcəyik. Əvvəlcə sürücülərimizi, tərəfdaşlarımızı təqdim edəcəyimiz təqdimat olacaq. Daha sonra isə qış testlərindən əvvəl bolidin özü təqdim olunacaq”.