F-1.az bildirir ki, təqdimatda komandanın rəhbəri Frederik Vassyör, sürücülər Şarl Lekler və Karlos Sayns iştirak ediblər. Əslində SF-23 keçə il 12 poul, 4 qələbə qazanmış F1-75-in davamıdır.
Frederik Vassyör: “Əlbəttə, mənim bu boliddəki təcrübəm son iki həftədən ibarətdir, amma qazanmaq üçün hər şeyə sahibik. Yaxşı iş görməli və hər şeyi bir araya gətirməliyik”.
Ferrari aerdoinamika cəhətdən güclənmək üçün bolidin çəkisini azaldıb. Bunun hesabına təkər yeyilməsni azaltmağa çalışacaqlar. Komanda motorun etibarlılığını da artırmağa çalışıb. Bunun hesabına motoru tam gücdə işlədə bilərlər.
Bu gün təqdim edilən maşında daha parlaq qızmızı rəngdən istifadə olunub. Bundan başqa arxa qanadda ikonik formada Ferrari yazılıb.