Ferrari sərbəst yürüşlərdə yeni hava kanalını yoxlayacaq

Şənbə günü Cankarlo Fizikella Vayrano avtodromunun düz yollarında arxa antiqanadın yeni konsepsiyasını yoxlayıb – arxa antiqanadla yanaşı düz sürətli yolda […]

Şənbə günü Cankarlo Fizikella Vayrano avtodromunun düz yollarında arxa antiqanadın yeni konsepsiyasını yoxlayıb – arxa antiqanadla yanaşı düz sürətli yolda onun effektliyini dəyişən motor qapağının üzərindəki hava kanalı da test olunub.

Mövsümöncəsi testlərdə McLaren mühəndislərinin tətbiq etdikləri element artıq digər komandaların maşınlarında da peyda olmağa başlayır – oxşar elementləri Sauber, Williams, Mercedes GP, Renault və digər komandalar yoxlayıblar. Barselonada sərbəst yürüşlər zamanı Ferrari bir daha yeni hava kanalını yoxlayacaq – element komandanın yeni aerodinamik paketinə daxil edilib, yürüşlərdən sonra komanda yeniliklərin sıralanma turunda və yarışda istifadə olunması barədə qərara qəbul edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*