F-1.az Crash resursuna istinadən bildirir ki, komanda həm onun, həm də Şarl Leklerin çıxışından narazıdır. Komandanın Karlosun bəhanələrindən bezdiyi bildirilir.
Ferrari istəyir ki, Sayns trasdan kənarda deyil, trasda qalib gəlsin. Bir müddətdir ki, Saynsın çıxışlarından narazılığın artdığı iddia edilir. Onların ümidlərini doğrultmur və ulduz yarışçıya çevrilmir.
Bundan əlavə, Sayns üzərində təzyiqin qismən onun komanda yoldaşı Lekler ucbatından artdığı bildirilir. Monakolu sürücü çox qəzəblidir, çünki Sayns Avstraliya Qran Prisində komandaya xal qazanmağa kömək etməyib.
Qeyd edək ki, Şarlın özünün də maşının performansından razı olmadığı və getmək istədiyi bildirilir…