F-1.az xatırladır ki, tərəflər 2017-ci ilin sonunda yollarını ayırmışdılar.
Ferrari 2022-ci ildəki yeni idman reqlamentinə nəyi var hazırlaşır. Bundan başqa italyanlar yeni tərəfdaşlar da axtarırlar. Bu gün Santander Bankın yenidən Ferrari ilə anlaşdığı mətbuata bildirilib.
Santander ilk dəfə 2010-cu ildə Ferrari ilə müqavilə bağlamış və bu tərəfdaşlıq 2017-ci ilə qədər davam etmişdi.
Yeni müqaviləyə əsasən Santander-in loqotipləri yenidən Ferrari bolidlərinin üzərində, komninezonlarda və komandaların papaqlarında olacaq. İspaniyalı bank təkcə Formula1-də yox, Dünya Dözümlülük Çempionatında və hiper maşınların seriyasında “qırmızılar”a dəstək olacaq. Bu müqavilədən sonra Ferrari bolidlərində ağ rəngin artması gözlənilir.