F-1.az xatırladır ki, Bəhreyndə cümə sərbəst yürüşlərində 13-cü və 14-cü döngələr arasındakı düzlükdə Rəykkönenin mühərriyi tüstülənmiş və finlandiyalı sessiyanı dayandırmaq məcburiyyətində qalmışdı. Amma komanda ikinci sessiyada Rəykkönenin bolidinin mühərriyini dəyişdirmişdi.
Mattia Binotto: “Birinci sərbəst yürüşlərdə Kiminin güc qurğusunda problem yaşandı. İkinci sessiya üçün mühərriyini dəyişdirdik. Əks halda sıralanma turu və ya yarışda problem yaşaya bilərdi. İndi isə yanan güc qurğusunu araşdırıb içindəki istifadəyə yararlı detalları götürmək istəyirik. Bundan başqa problemin mənbəyini taparaq təkrar yaşanmasının qarşısını almalıyıq.
İkinci sessiyada Fettellə də problem yaşadıq, amma çox vacib deyildi. Kiçik bir xəta çıxdı və tezliklə həll edə bildik.
Hazırkı bolidlər sadəcə avtomobil deyillər. Çoxlu texnologiya və proqramdan ibarətdirlər. Cümə bizim üçün pis keçdi. Bolidi təkmilləşdirməliyik. Bolid tək dövrədə güclüdür”.