Ferrari Rəykköneni yola salmağa hazırlaşır?

Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, komandanın veteran sürücüsü Kimi Rəykkönen ilə mütləq söhbət etmək lazımdır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümün ilk yarışı Avstraliyada komanda yoldaşı Fetteldən 23 saniyə geri qalmışdı. Çin yarışında isə Rəykkönen 5-ci olduğu halda, almaniyalı sürücü 2-ci yeri tutub. Peletonun ən yaşlı sürücüsü yarış ərzində Rikkardoya bir neçə dəfə hücum etsə də, ötmə edə bilməyib.

Sercio Markionne: “Kimi barədə yarışdan sonra Mauritsio ilə danışdım. Onunla danışmalıdır. Elə bil Rəykkönen yarışda başqa şeylərlə məşğul olurdu. Fettel daha aqressiv idi və eyni bolidlə daha yaxşı nəticə göstərdi.

Kimi bizim üçün çox dəyərlidir və onun istedadına şübhə etmirik. Ümid edirəm ki, tez bir zamanda özünə gələr və yuxarı pillələr uğrunda mübarizə aparar”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*